AZAL-dan sərnişinlərə `Samsung` qadağası

AZAL-dan sərnişinlərə `Samsung` qadağası
  15 Sentyabr 2016    Oxunub:1958
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərdən uçuş zamanı "Samsung Galaxy Note 7" smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.
AZAL-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər "Samsung Galaxy Note 7" smartfonlarının alışması halları ilə əlaqədar olaraq geri çağırılması barədə "Samsung" şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

"Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti