Şamaxıda 4 otaqlı ev yanıb

Şamaxıda 4 otaqlı ev yanıb
  13 Sentyabr 2016    Oxunub:1821
Şamaxıda vətəndaşa məxsus evdə yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti