Neft və qızılın qiyməti açıqlandı

Neft və qızılın qiyməti açıqlandı
  13 Sentyabr 2016    Oxunub:1506
Dünya bazarında neftin ucuzlaşması davam edir.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar azalaraq 45,89 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,33 dollar azalaraq 47,99 dollar olub.

Amerika fond bazarında Dow Jones indeksi 1,32% - 18 325,07 bəndədək, S&P 500 1,47% - 2 159,04 bəndədək, NASDAQ 1,68% - 5 211,89 bəndədək artıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 7,30 dollar bahalaşaraq 1 332,90 dollara, gümüş isə 0,24 dollar bahalaşaraq 19,24 dollara satılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti