Bayramdan sonra qaz olmayacaq

Bayramdan sonra qaz olmayacaq
  10 Sentyabr 2016    Oxunub:1934
Sentyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Albalı”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ağsu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
AzVision.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Ağsu rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti