Neftimizin qiyməti 50 dolları keçdi

Neftimizin qiyməti 50 dolları keçdi
  09 Sentyabr 2016    Oxunub:1514
Dünya bazarında neft ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar azalaraq 47,24 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar azalaraq 49,54 dollar olub.

Azərbaycan nefti - "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 2,46 dollar və ya 5,12% artaraq 50,51 dollar təşkil edib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti