Neftin qiyməti 49 dollara yaxınlaşır

Neftin qiyməti 49 dollara yaxınlaşır
  08 Sentyabr 2016    Oxunub:1277
Dünya bazarında neft bahalaşır.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar artaraq 46,31 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,73 dollar artaraq 48,71 dollar olub.

Azərbaycan nefti də bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,68 dollar və ya 1,44% artaraq 48,05 dollar təşkil edib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti