Qəpik pullar ləğv olunmayacaq - Rəsmi

Qəpik pullar ləğv olunmayacaq - Rəsmi
  07 Sentyabr 2016    Oxunub:6777
Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır.
Bu barədə Mərkəzi Bankın “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı keçirdiyi tender elanı ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir: “Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Analoji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur”.

AzVision.az


Teqlər:  





Xəbər lenti