Sənayeləşmə mövzusunda seminar keçirilib

Sənayeləşmə mövzusunda seminar keçirilib
  06 Sentyabr 2016    Oxunub:1398
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" ilə əlaqədar İslahatlar üzrə Məsləhətçi Proqramının aparıcı mütəxəsisi Melissa Metzin təqdimatında “Sənaye sahələrinin inkişafı, diversifikasiya və qlobal dəyər zəncirinə inteqrasiya” mövzusunda seminar təşkil edilib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, tədbirdə Qlobal Dəyər Zəncirləri və onların beynəlxalq bazar cərəyanlarının formalaşmasında rolu müzakirə edilib. Həmçinin, mikro, kiçik və orta müəssisələrin inkişafını dəstəkləmək üçün vasitələrin müəssisələrin növləri və ehtiyaclarına uyğunlaşdırılması çərçivəsində də fikir mübadiləsi aparılıb.

Seminarda nazirliklərin, qeyri-hökümət təşkilatlarının nümayəndələri, həmçinin kiçik və orta sahibkarlar iştirak ediblər.

Qeyd edək ki, beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədi ilə "Doing Business" hesabatının yenilənməsi üzrə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korposasiyasının (İFC) biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası 5-9 Sentyabr 2016-cı il tarixlərində Bakıda səfərdə olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti