“Bakcell”dən pulsuz dəqiqələr

“Bakcell”dən pulsuz dəqiqələr
  06 Sentyabr 2016    Oxunub:2077
“Azərpoçt”la pul köçürməsi həyata keçirənlərə “Bakcell”dən pulsuz dəqiqələr!
Şirkətdən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramı çərçivəsində ölkənin vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC ilə birlikdə yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində “Azərpoçt”un istənilən şöbəsində “Zolotaya Korona” sistemi üzərindən pul köçürmələri həyata keçirən hər bir şəxs Ulduzum sadiqlik proqramı tərəfindən şəbəkədaxili danışıqlar üçün 5 dəqiqə əldə edəcək. Dəqiqələrin balansa yüklənməsi üçün abunəçi öz Bakcell nömrəsini Azərpoçt əməkdaşına təqdim etməlidir. Əldə edilən bonus dəqiqələri 3 gün ərzində istifadə edilə bilər. Kampaniya 1 dekabr 2016-cı il tarixinə qədər davam edəcək.

Qeyd edək ki, 2.1 milyon nəfərdən çox abunəçisi və 180-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir. Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilən

Bakcell Ulduzum Applikasiyasını (həm iOS, həm də Android platforması) www.ulduzum.az
keçidindən istifadə edərək yükləmək olar. Bu applikasiyasını yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti