`Qazprom`la danışıqlar aparmırıq - SOCAR prezidenti

`Qazprom`la danışıqlar aparmırıq - SOCAR prezidenti
  05 Sentyabr 2016    Oxunub:1898
SOCAR Rusiyanın "Qazprom" şirkəti ilə qaz alışı barədə danışıqlar aparmır.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, SOCAR artıq "Qazprom"a Rusiya qazının mümkün alışı ilə bağlı təkliflər göndərib, lakin hazırda bu barədə heç bir danışıqlar aparılmır:

"Bizə yataqlara vurulan texniki qaz lazım idi. Əgər biz dediyimiz şərtlərlə qaz satacaqlarsa, alacağıq. Əgər biz dediyimiz şərtlərlə satmasalar, almayacağıq. Ümumilikdə, bizim üçün qaz almaq o qədər də vacib deyil", - deyə R. Abdullayev qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti