Ayaq üstə işləmək insanı arıqladır

Ayaq üstə işləmək insanı arıqladır
  04 Sentyabr 2016    Oxunub:3236
Amerikalı mütəxəssislərdən ibarət tədqiqat qrupu apardığı araşdırmalar nəticəsində ofis işlərinin ayaq üstə aparılmasını məsləhət görürlər.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, gənclərin iştirak etdikləri tədqiqatlar onların iş saatlarının müəyyən hissələrə bölünməsi ilə aparılıb. Onlara bu vaxt ərzində istənilən vəziyyətdə dayanmağa icazə verilib. Tədqiqatların nəticəsində müəyyən olub ki, ayaqüstə görülən iş oturaq vəziyyətdən fərqli olaraq altı dəfə çox kalori itkisi ilə nəticələnir.

Alimlər bu üsulla artıq çəkidən asanlıqla azad olmağın mümkünlüyünü bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti