Mərkəzi Bankın ehtiyyatları artıb

Mərkəzi Bankın ehtiyyatları artıb
  01 Sentyabr 2016    Oxunub:1479
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il sentyabrın 1-nə 4 192,5 mln. ABŞ dolları təşkil edib.
AzVision.az AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi avqustun 1-nə olan göstərici ilə müqayisədə 29,6 mln. dollar və ya 0,871% artıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 824,2 mln. dollar və ya 16,43% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 3122,9 mln. dollar və ya 42,69% azalıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti