`TANAP və TAP üçün təhlükə yoxdur` - Kvirikaşvili

`TANAP və TAP üçün təhlükə yoxdur` - Kvirikaşvili
  01 Sentyabr 2016    Oxunub:1822
“Cənub qaz dəhlizi” və onun tərkib hissələri olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) layihələri üçün heç bir təhlükə yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili deyib.

Baş nazir bildirib ki, Bakıya səfəri zamanı keçirdiyi görüşlərdə bu layihələrin icrası və digər məsələlər də diqqət mərkəzində olub.

G.Kvirikaşvili deyib: “Bütün layihələrin səmərəli olması üçün ilk növbədə təhlükəsizlik olmalıdır. Bu gün adları çəkilən layihələrin də təhlükəsizliyi təmin olunub”.

Baş nazir onu da əlavə edib ki, bu layihələrin icrasına artıq başlanılıb. Təbii qazın istehsalı, həcminin artırılması və daşınması, yeni infrastrukturun tikintisi və yaradılması ilə bağlı lazımi sənədlər imzalanıb və bütün məsələlər həllini tapıb.

“Ona görə də deyə bilərik ki, bu layihələr üçün heç bir təhlükə yoxdur”, - deyə Kvirikaşvili vurğulayıb. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti