Neftimiz ucuzlaşıb

Neftimiz ucuzlaşıb
  01 Sentyabr 2016    Oxunub:1359
Azərbaycan nefti 1 dollardan artıq ucuzlaşıb.
AzVision.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,41 dollar və ya 2,86% azalaraq 47,91 dollar təşkil edib.

Dünya bazarında neft bahalaşıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar artaraq 44,92 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar artaraq 47,11 dollar olub.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti