Braziliya prezidentinə impiçment elan edildi

Braziliya prezidentinə impiçment elan edildi
  01 Sentyabr 2016    Oxunub:1492
Braziliyanın Federal Senatında (parlamentin yuxarı palatası) bir müddət əvvəl prezident vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Dilma Rousseffin impiçmenti ilə bağlı səsvermə keçirilib.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, senatorlar 61 səs lehinə, 20 səs əleyhinə olmaqla Dilma Rousseffin impiçmentini dəstəkləyiblər. Beləliklə, Rousseff öz postunu tərk edəcək, ölkəyə rəhbərliyi isə növbəti prezident seçkilərinədək, yəni, 2018-ci ilin sonunadək vitse-prezident Mişel Temer həyata keçirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti