Təyinatından iki saat sonra istefa verdi

Təyinatından iki saat sonra istefa verdi
  31 Avqust 2016    Oxunub:2127
Bolqarıstanın Plovdivdən olan “Botev” futbol klubunun azarkeşləri baş məşqçi Nikolay Mitovu vəzifəsinin icrasına başlamasından iki saat sonra istefa verməyə vadar ediblər.
“Reuters”in yaydığı məlumata görə, Mitov baş məşqçi kimi təqdim edilib və o, komanda ilə ilk məşqinə başlayıb. Narazı qalan azarkeşlər məşqi pozaraq məşqçidən klubu tərk etməyi tələb ediblər.

Mitovun ardınca onun assistenti Marian Xristov da gedib. Bir müddət sonra “Botev”in sahibi Rumen Çandarov komandanın maliyyələşdirilməsindən imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti