Sabiq deputat FETÖ-yə görə tutuldu

Sabiq deputat FETÖ-yə görə tutuldu
  31 Avqust 2016    Oxunub:1681
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən keçmiş millət vəkili İdris Şahin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində saxlanılıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sabiq millət vəkili Çankırı Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərə qarşı mübarizə şöbəsinın əməkdaşları tərəfindən tutulub.

Onun yaşadığı evdə və iş yerində axtarış aparılıb.

Qeyd edək ki, İdris Şahin Türkiyə Böyük Millət Məclisinin 24-cü çağırışında (2011-2015-ci illərdə) AKP-dən millət vəkili olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti