Karateçimiz qalib gəlib

Karateçimiz qalib gəlib
  06 Avqust 2013    Oxunub:1711
Kolumbiyada döyüş üzrə Dünya Oyunları keçirilib. Bu yarışda ölkəmizi təmsil edən karate üzrə dəfələrlə Avropa və dünya çempionu Rafael Ağayev (75 kq) uğurlu çıxış edib.
R.Ağayev rəqiblərinə heç bir şans verməyərək finala çıxıb. Həlledici görüşdə azərbaycanlı idmançı alman Noa Bitşə qalib gəlib (5:2) və qızıl medal qazanıb.

Daha bir karateçimiz Şahin Atamov (84 kq-dan yuxarı) komandamıza ikinci medal gətirib. O, yarımfinalda alman Conatan Verner Horna məğlub olub. Üçüncü yer uğrunda mübarizədə isə türk Yaser Şahintəkini məğlub edərək bürünc medala yiyələnib. Digər idmançımız Ayxan Mamayev (84 kq) isə yaxşı nəticə göstərə bilməyib.


Teqlər:





Xəbər lenti