NATO Ukraynaya 70 milyard avro ayıracaq

NATO Ukraynaya    70 milyard avro    ayıracaq
  06 İyun 2026    Oxunub:225
NATO ölkələri Ukraynaya 70 milyard avro həcmində yeni hərbi dəstək paketi üzrə öhdəlik götürülməsi məsələsini nəzərdən keçirirlər.
Bu barədə “Politico” nəşri NATO ölkələrinin diplomatlarına istinadla məlumat yayıb. Nəşr yazır ki, təklif Kiyevə ayrılan yardımın maliyyələşdirilməsinə nəzarət və şəffaflığın təmin olunması üçün yeni mexanizmin yaradılmasını nəzərdə tutur.

Məqalədə qeyd olunur ki, təşəbbüs bəzi ölkələrin Ukraynaya dəstəyin maliyyə yükünü digərlərinə nisbətən daha çox daşıdıqlarını bildirmələri fonunda irəli sürülüb.

“Politico”nun mənbələrinin iddiasına görə, bu təşəbbüs ötən ay Almaniya tərəfindən təqdim edilib.

Müvafiq qərarın Ankarada keçiriləcək NATO sammitində müzakirəyə çıxarılması gözlənilir.


Teqlər: NATO   Ukrayna  



Xəbər lenti