Azərbaycanda iki bank müflis oldu - Yenilənib

Azərbaycanda iki bank müflis oldu - Yenilənib
  17 Avqust 2016    Oxunub:11381
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub.

Bu barədə AzVision.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin ləğvedicisi elan edilib.

***

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba əsasən, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da sığorta hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq, 16 avqust banklarda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Qanunun 28.1-ci maddəsinə əsasən, 7 təqvim günü ərzində kredit təşkilatlarının qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti