Sahibkarlığın inkişafı üçün təkliflərinizi verin – SORĞU

Sahibkarlığın inkişafı üçün təkliflərinizi verin – SORĞU
  16 Avqust 2016    Oxunub:2826
Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara dair fikirləri öyrənmək üçün on-line qaydada sorğularını davam etdirir.

Bundan əvvəl vergi, gömrük, sosial müdafiə, miqrasiya və əmək qanunvericiliyinə dair keçirilən sorğularda yüzlərlə hüquqi şəxs, fərdi sahibkar və vətəndaş iştirak etmişdir. Sorğu nəticəsində verilən təkliflərin sonradan islahat qərarlarının qəbulu prosesində istifadə edilməsi vətəndaş iştirakçılığının ən yaxşı nümunəsidir.

Artıq vətəndaş birbaşa islahat prosesinə töhfə verməklə islahatların daha inklüziv olmasını təmin edir. Bu dəfəki sorğuda aşağıdakı mövzuya dair təklif verilməsi xahiş olunur: "Kiçik və orta sahibkarlığın inkişafı üçün hansı təklifləri verərdiniz?"

Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında BURADAN çatdırmaq mümkündür.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.


Teqlər:





Xəbər lenti