Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri artıb
  13 Avqust 2016    Oxunub:1299
Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5% artaraq 25 682,7 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 670,9 manat və ya ayda 381,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 77,0%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,2%-i isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 23 349,9 mln. manat olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti