Rezidenturaya qəbul olanlara müraciət

Rezidenturaya qəbul olanlara müraciət
  08 Avqust 2016    Oxunub:2637
Səhiyyə Nazirliyi 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olan şəxslərə müraciət edib.

Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, rezidentlərin iş nömrəsini, şəxsiyyət vəsiqəsi və onun surəti, eləcə də ali tibb təhsili haqqında diplom və onun surətini sabahdan etibarən avqustun 15-dək (beş iş günü ərzində) quruma (akad. M.Mirqasımov küç., 1A) təqdim etməklə Səhiyyə Nazirliyi ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçmələri mütləqdir.

Rezidenturaya qəbul olan şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Qeydiyyatdan keçmənin səmərəli təşkili üçün rezidenturaya qəbul olmuş şəxslərdən məhz ixtisasa ayrılmış gündə və saatda müraciət etmələri xahiş olunur.

Qeydiyyatdan keçmə (ixtisaslar üzrə) aşağıda göstərilən qrafik üzrə aparılacaq.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti