Beynəlxalq Bank `Yuventus`la əməkdaşlıq edəcək

Beynəlxalq Bank `Yuventus`la əməkdaşlıq edəcək
  08 Avqust 2016    Oxunub:1777
Azərbaycan Beynəlxalq Bankı “Yuventus” futbol klubu ilə əməkdaşlığa başlayır.
Bankdan AzVision.az -a verilən məlumata görə, İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk növbədə, “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.

Bütün dünyada məşhur olan “Yuventus” klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq çevrədə təbliği baxımından da geniş imkanlar açır. Belə ki, bu əməkdaşlıq çərçivəsində Bank reklam və təbliğat məqsədilə “Yuventus” brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti