Neftimiz yenə bahalaşdı

Neftimiz yenə bahalaşdı
  06 Avqust 2016    Oxunub:1962
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,3 dollar və yaxud 0,67% bahalaşıb.
AzVision.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,88 dollara bərabər olub.

Bundan başqa Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar azalaraq 41,80 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar azalaraq 44,27 dollar olub.

AzVision.az


Teqlər:





Xəbər lenti