Mərkəzi Bankın son qərarı manata necə təsir edəcək?

Mərkəzi Bankın son qərarı manata necə təsir edəcək?
  05 Avqust 2016    Oxunub:4528
Məlum olduğu kimi, daxili valyuta bazarında vəziyyət gərgindir. Belə ki, manat dollar qarşısında güclü təzyiq altındadır.
Neft Fondu (ARDNF) tərəfindən hərraca çıxarılan xarici valyuta həcmi tələbata çatmır. Başqa mənbələr tərəfdən isə dollar təkli edənlər yoxdur. Bunu həm də Mərkəzi Bank edə bilər ki, onun isə rəsmi valyuta ehtiyatlarının həcmi kifayət qədər əridiyindən, buna imkanı yoxdur.

Belədə yeganə çıxış yolu təbii ki, ondan ibarətdir ki, dövriyyədə manat kütləsi məhdudlaşdırılsın, və yaxud da elə edilsin ki, banklar tərəfindən ondan, yəni AMB-dən alınan manat həcmi valyuta bazarına çıxarılaraq Neft Fondu tərəfindən təklif olunan dollarlara dəyişdirilməsin... Yəni, bu sərfəli olmasın. Bunun açarı rolunu isə uçot dərəcəsinin qaldırılması təşkil edir.

AMB-in uçot dərəcəsi sadə dillə desək, ölkənin kommersiya banklarına verilən manat kütləsinin "qiymətidir"... Belə ki, banklar xarici valyutanı hərraclardan ARDNF-dan alırlarsa, manatı isə AMB-dən kreditlər şəklində götürürlər. Hansı ki, buna mərkəzi kreditlər deyilir.

Təsadüfi deyildir ki, sözügedən qurumdan verilən açıqlamaya əsasən də, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədi daşıdığı deyilir.

Hesab edirəm ki, AMB-in məlum qərarı, yəni gələn həftədən etibarən, uçot dərəcəsinin 7 %-dən 9,5 %-ə qaldırılması milli valyutamızın ABŞ dolları qarşısında cüzi də olsa, dayanıqlıq əldə etməsinə yardım edəcək.. İlin sonunadək bu siyasət davam etdirilməlidir...



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti