Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı
  04 Avqust 2016    Oxunub:1690
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
AzVision.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,44% bahalaşaraq bir barelə görə 43,29 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,73% artaraq 41,13 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,76 dollar və yaxud 1,77% bahalaşıb. “AzeriLight” markalı neftin bir barelinin qiyməti 43,58 dollara bərabər olub.

AzVision.az


Teqlər:





Xəbər lenti