Bu rayonlarda su olmayacaq

Bu rayonlarda su olmayacaq
  02 Avqust 2016    Oxunub:1623
Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar bu gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti