Neftin qiyməti 41 dollara düşdü

Neftin qiyməti 41 dollara düşdü
  01 Avqust 2016    Oxunub:1388
Neftin ucuzlaşması davam edir.
AzVision.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti avqustun 1-də 43,85 dollar/bareldən 2,2% azalaraq 42,94 dollara düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51 dollar azalaraq 41,09 dollar təşkil edib.

Qeyd edək ki, neftin qiymətinin düşməsinə səbəb İranın neft naziri Bican Namdar Zəngənenin açıqlamaları olub. Onun sözlərinə görə, neft bazarında təklif tələbi ötüb.

AzVision.az


Teqlər:





Xəbər lenti