Neftimiz yenə ucuzlaşdı

Neftimiz yenə ucuzlaşdı
  30 İyul 2016    Oxunub:1685
Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 41,60 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar azalaraq 42,46 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti isə 0,28 dollar və yaxud 0,63 faiz ucuzlaşıb. Belə ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 43,97 dollara bərabər olub.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:  





Xəbər lenti