`Danışığınla həyatı qazan` - Tanınmış aparıcı kitab yazdı

`Danışığınla həyatı qazan` - Tanınmış aparıcı kitab yazdı
  29 İyul 2016    Oxunub:9479
“Xəzər Xəbər”in keçmiş aparıcısı, hazırda ASAN Radioda fəaliyyət göstərən aparıcısı və diksiya təlimçisi Cəlalə Nəzəroğlunun müəllifi olduğu "Danışığınla həyatı qazan" kitabının imza günü keçiriləcək.
"Danışığınla həyatı qazan" kitabı maraqla dinlənilmək, qəbul olunmaq, seçilmək və hədəflərə çatmaq üçün doğru və təsirli ünsiyyət qurmağın yollarından bəhs edir. Kitabda nitq qüsurlarının aradan qaldırılması üsulları geniş izah olunub, gözəl danışıq qabiliyyətinə sahib olan insanların mövzu ilə bağlı maraqlı həyat hekayələri yer alıb.

Kitabda düzgün nəfəs almaq, dolğun səsə sahib olmaq, ağız tənbəlliyini aradan qaldırmaq üçün şəkilli məşqlər göstərilib.

Kitabda toplum qarşısında çıxış edərkən həyəcanı dəf etməyin yolları, bir çox bayramlarda, mərasimlərdə söz söyləyərkən yararlı olacaq hazır çıxış mətnləri yer alıb.

150-yə yaxın şəkilin də yer aldığı kitab nəfis tərtibatda buraxılıb.

İmza günü avqustun 7-də, saat 19:00-da “Park Bulvar” Ticarət Mərkəzindəki “Əli və Nino” mağazasında olacaq.

"Danışığınla həyatı qazan" kitabı bütün “Əli və Nino” (o cümlədən, bütün iri ticarət mərkəzlərində) mağazalarında və kitabevim.az-da satışdadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti