ABŞ-da atışma: Yaralılar var

ABŞ-da atışma: Yaralılar var
  29 İyul 2016    Oxunub:1569
ABŞ-ın Kaliforniya ştatında silahlı şəxs polislərə atəş açıb.
AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, San Dieqo şəhərində baş verən hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

Yaralı polislər xəstəxanaya çatdırılıb, onların vəziyyəti dəqiqləşdirilir.

Artıq hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hadisənin baş vermə səbəbləri bilinmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti