Banklarda qorunan əmanətlərin məbləği açıqlanıb

Banklarda qorunan əmanətlərin məbləği açıqlanıb
  29 İyul 2016    Oxunub:1727
Azərbaycanda lisenziyası ləğv olunmuş 4 bankın – “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC və “Dekabank” ASC-nin əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fonduna 100 milyon manatın ayrılması məsələsi bu gün həll olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı Mərkəzi Banka və Maliyyə Nazirliyinə müraciət olunub:

“100 milyon manat borclanma ilə bağlı məsələ qəbul olunub. Bu gün kredit xəttinin açılması nəzərdə tutulub. Bu vəsaiti 2 il müddətinə cəlb etməyi nəzərdə tutmuşuq. Amma banklar özləri də verdikləri kreditləri yığırlar. 4 bankın hesabında hazırda 20 milyon manat var. Bu vəsaitlər müxbir hesablardadır. Onların nağdlaşdırılması üçün bir qədər vaxt lazımdır. Biz tez ödəniş etmək üçün borclanmaya getdik. Fonda ay ərzində 15 milyon manat sığorta haqqı toplanılır. Yəgin ki, bu imkanlar hesabına Mərkəzi Bankdan cəlb etdiyimiz vəsaiti geri qaytarmağa başlayacağıq”.

A.Cavadov, vurğulayıb ki, Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı bu il atılan addımlardan sonra banklardakı qorunan əmanətlərin məbləği 2 dəfədən çox artıb.

Onun sözlərinə görə, ilin əvvəlində bu rəqəm təxminən 2 milyard manat olsa da, iyunu 30-da qorunan əmanətlərin məbləği 4.5 milyard manata çatıb

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti