FED dünyanın gözlədiyi qərarı açıqladı

FED dünyanın gözlədiyi qərarı açıqladı
  28 İyul 2016    Oxunub:4448
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) dünyanın səbrsizliklə gözlədiyi qərarı açıqlayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclası yekunlaşıb.

Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

FED-in dolların uçot dərəcəsi ilə bağlı hansı qərarı verəcəyi dünya ölkələri üçün çox əhəmiyyətlidir. FED uçot dərəcəsini artırsaydı, bu dünyada dollar indeksini yüksəldə, dolların digər valyutalara nisbətən bahalaşmasına səbəb ola bilərdi.

AzVision.az




Teqlər:  





Xəbər lenti