Aqrar sahənin inkişafı ilə bağlı müzakirə

Aqrar sahənin inkişafı ilə bağlı müzakirə
  26 İyul 2016    Oxunub:2427
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 26 iyul 2016-cı il tarixində Aqrar sahə üzrə alt işçi qrupun növbəti toplantısı keçirilib.
AzVision.az xəbər verir ki, toplantıda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin aqrar sahəsi çərçivəsində müzakirələr aparılıb.



Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və davamlı inkişaf aspektləri nəzərdən keçirilib.



Eyni zamanda aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ÜDM-ə və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafa təsirinin artırılması istiqamətində təkliflər verilib.



Müzakirələrdə Prezident Administrasiyasının. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, ayrı-ayrı nazirliklərin, özəl biznes sektorunun və akademik dairələrin nümayəndələri iştirak ediblər.



Tədbirdə səsləndirilmiş təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupa təqdim ediləcəkdir.

AzVision.az




Teqlər:  





Xəbər lenti