Nazirliyin kollegiyasının tərkibi təsdiqləndi – SİYAHI

Nazirliyin kollegiyasının tərkibi təsdiqləndi – SİYAHI
  22 İyul 2016    Oxunub:2321
Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib.
AzVision.az-ın xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Quluzadə Ramin Namiq oğlu - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Kollegiyanın üzvləri:

Abdullayev Əli İzzət oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Məmmədov İltimas Əhməd oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Vəlizadə Elmir Tofiq oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Məmmədov Rövşən Həmid oğlu - Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

Məmmədov Tahir Nadir oğlu - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri

Əsədov Elnar Tahir oğlu - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru

"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 115 nömrəli qərarı ləğv edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.

AzVision.az


Teqlər:  





Xəbər lenti