Corabı cırıq siyasətçilər - Onlar belə biabır oldular (FOTOLAR)

Corabı cırıq siyasətçilər - Onlar belə biabır oldular (FOTOLAR)
  11 İyul 2016    Oxunub:32935
Tanınmış insanlar hər zaman mətbuatın gündəmində olurlar. Onların gördükləri işlər, danışıqları, geyim formaları insanlar tərəfindən maraqla qarşılanır, müzakirələrə səbəb olur.

Bu yaxınlarda Ukrayna prezidenti Pyotr Porşenkonun NATO-nun sammitində iştirak etmək üçün Varşavaya cırıq corabla gəlməsi sözün əsl mənasında əks-səda doğurmuşdu.



Milyardlarla biznesin sahibi olan prezidentin cırıq corab geyinməsi uşaqdan böyüyə hər kəsin marağına səbəb olmuşdu. Sosial şəbəkələrdə sual olunurdu ki, Poroşenko dünyanın diqqətlə izlədiyi sammitə niyə cırıq corabla gəlib?

Maraqlısı odur ki, Poroşenko corabı ilə gündəmə gələn yeganə siyasətçi deyil.



Kanadanın baş naziri Castin Tryudo bir müddət əvvəl rəngli corabları il gülüş hədəfinə çevrilmişdi. Kostyum, qalstukla bəzənmiş baş nazir Ottavada nazirlərin toplantısında üzərində yarpaqlar əks olunmuş qırmızı corabla görüntülənmişdi. Corabların bu qədər maraq oyatmasına səbəb isə onun Kanada bayrağına oxşarlığı idi.



Corabları ilə diqqət mərkəzində olan məşhur siyasətçilərdən biri də Böyük Britaniyanın baş naziri Devid Kemeron olub. Baş nazirin ailəsi və yeni doğulan qızı haqda danışdığı “This Morning” (“Bu səhər”) adlı proqramında izləyicilərin diqqətini onun çıxışından çox cırıq corabı cəlb etmişdi.



Kemeron bununla KİV-in məzə obyektinə çevrilmişdi: “Ölkəni idarə edir, amma özünə corab ala bilmir”.



Dünya Bankının keçmiş prezidenti Pol Fulfovits Türkiyəyə səfəri zamanı çıxılmaz vəziyyətə düşmüşdü. Sabiq prezident məscidə girmək üçün ayaqqabılarını çıxararkən cırıq corabları diqqət çəkmişdi.

Fotoqrafların obyektivinə tuş gələn prezidentin görüntüləri bir neçə gün KİV-lərin manşetlərində yer almışdı.



Hazırladı: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti