Dünya çempionatı Qətərdə keçiriləcək

Dünya çempionatı Qətərdə keçiriləcək
  31 İyul 2013    Oxunub:1857
2015-ci ildə boks üzrə dünya çempionatını Qətərdə keçiriləcəkdir
Koreyanın Çedju şəhərində AİBA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.

Azərbaycan Boks Federasiyasından AzVision.az-a bildiriblər ki, tədbirdə 2015-ci ildə keçiriləcək boks üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı məlum olmuşdur. Belə ki, Olimpiya oyunlarından öncə mundialı Qətərin paytaxtı Doha qəbul edəcək. Qətərlə yanaşı Tailand Boks Federasiyası da dünya çempionatını keçirməyə iddialı idi. Ancaq İcraiyyə Komitəsinin üzvləri Qətərin xeyrinə səs veriblər.

İclas zamanı Almatıda tikilən AİBA boks akademiyasının açılış mərasiminin vaxtı da məlum olub. Oktyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatı vaxtı akademiyanın təqdimatı baş tutacaq.


Teqlər:





Xəbər lenti