Mənsimov: `Klub rəhbərliyi məsuliyyət daşıyır`

Mənsimov: `Klub rəhbərliyi məsuliyyət daşıyır`
  28 İyul 2013    Oxunub:1393
"Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov “Makkabi” (Hayfa) oyunu sonrası baş verənlərə münasibət bildirib.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Xəzər Lənkəran” prezidenti böyük hesablı məğlubiyyət (0:8) sonrası atılan addımlar və qarşıda görüləcək işlərə aydınlıq gətirib:

“Xəzər Lənkəran”ın Avropa Liqasında uğradığı məğlubiyyət hamımız üçün üzücü oldu. Klub rəhbərliyi baş verənlərə sözsüz ki, məsuliyyət daşıyır. Hal-hazırda bu məsuliyyətdən irəli gələn tədbirlər təxirə salınmadan həyata keçirilməlidir.

Komandaya yönələn bu diqqət və belə bir azarkeş dəstəyi müqabilində alınan uğursuz nəticə günahkarların aşkarlanıb cəzalanmasını tələb edir.
“Xəzər Lənkəran”ı ən çətin anlarda tək buraxmayan azarkeşlərimiz qətiyyən buna layiq deyildir. Əminliklə bildirirəm ki, klub rəhbərliyi bu istiqamətdə lazımi nəticələr çıxarmaqla tam ciddiyyəti üzrə tədbirlər görəcək və bu iş tam olaraq mənim nəzarətimdə olacaq".


Teqlər:  





Xəbər lenti