Azərbaycan nefti 2% bahalaşdı

Azərbaycan nefti 2% bahalaşdı
  09 İyun 2016    Oxunub:1731
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,89 dollar və yaxud 1,73% bahalaşıb.
AzVision.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,37 dollara bərabər olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 51,51 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar artaraq 52,68 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti