Azercell haqqında yayılan xəbərləri təkzib etdi

Azercell haqqında yayılan xəbərləri təkzib etdi
  07 İyun 2016    Oxunub:2042
Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya bildirib ki, “Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir.

- Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi, bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan edib,- deyə o, bildirib.

Bundan basqa 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri – məhdud müddətə uzadılmış hesab edilir.



Teqlər:





Xəbər lenti