İcbari sığorta bazarında dələduzluq halları aşkarlanıb

İcbari sığorta bazarında dələduzluq halları aşkarlanıb
  07 İyun 2016    Oxunub:1605
Sığortalılara məxsus məlumatların, həmçinin icbari sığorta müqavilələrinə aid olan məlumatların sığorta bazarının peşəkar iştirakçıları tərəfindən əldə olunaraq öz mənafeləri üçün istifadə olunmasının və dələduzluq hallarının qarşısının alınması, sığorta bazarına etimadın, müştəri məmnunluğunun artırılması məqsədilə 9707 nömrəsindən göndərilən SMS bildirişlərində icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər əks olunmayacaq.
AzVision.az bu barədə İSB-yə istinadən xəbər verir.

Bu addım son zamanlar İSB-yə daxil olan müraciətlərə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi məktubuna əsasən həyata keçirilib.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanunun 34.3.4-cü maddəsinə əsasən, İSB-nin informasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir.

Qanunun müvafiq maddəsinə uyğun olaraq İSB tərəfindən istifadəyə verilən 9707 SMS xidməti vasitəsilə sığortalılara avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin bağlanması, ləğvi, xitamı, qüvvədən düşməsi və sığorta haqqı barədə məlumat göndərilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti