Evlənmək istəməyən müəllimə vəhşicəsinə öldürüldü

Evlənmək istəməyən müəllimə vəhşicəsinə öldürüldü
  06 İyun 2016    Oxunub:5286
Pakistanın Pəncab vilayətində gənc müəllimə qəddarcasına öldürülüb.
AzVision.az “Pakistan Observer”-ə istinadən xəbər verir ki, onun öldürülməsinə səbəb məktəb direktorunun oğlu ilə evlənməkdən imtina etməsi olub.

21 yaşlı müəllimə Mariya Sədaqət mayın 31-də İslamabad ətrafında yerləşən kənddə hücuma məruz qalıb.

İlkin məlumata görə, müəlliməyə 6 nəfər hücum edib, onlardan biri məktəbin direktorudur.

Hücum edənlər öncə Mariyaya işgəncələr verib, daha sonra onun üzərinə kerosin tökərək yandırıblar. Qadının bədəninin 85%-i yanıb. Çərşənbə günü müəllimə xəstəxanada ölüb.

Pakistan polisinin yüksək rütbəli məmuru ölən müəllimənin ailəsi ilə görüşüb və cinayəti törədənlərin həbs olunacağına dair söz veriblər.

Yayılan ilkin məlumatlara əsasən müəlliməyə qarşı cinayəti onun işlədiyi məktəbin direktoru Şövkət törədib.
Hadisə baş verən gün saat 11:45-da o, digər şəxslərlə birgə müəllimənin onun oğlu ilə cinsi əlaqədə olduğunu iddia edərək zorla onun yaşadığı evə daxil olub. Həmin vaxt Mariyanın valideynləri evdə olmayıb, lakin qızın bacısı baş verənləri gözləri ilə görüb.

Nəşr yazır ki, direktor Şövkətin oğlu özü bir neçə dəfə müəllimədən onunla evlənməsini istəyib. Lakin müəllimə özündən yaşca iki dəfə böyük olan oğlanla evlənməkdən imtina edib. Müəllimənin əmisi Abdul Basit onun məhz bu səbəbdən qətlə yetildiyini bildirib.

Ölümündən əvvəl Mariya ona hücum edənlərdən ikisini tandığını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti