Ötən gün nələr oldu? - Günün önəmli hadisələri

Ötən gün nələr oldu? - Günün önəmli hadisələri
  25 May 2016    Oxunub:2139
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 24-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

`Sarkisyan Qarabağı sakitcə vermək istəyirdi, amma...`

"Serj Sarkisyan Qarabağı sakitcə vermək istəyirdi. Bundan sonra susmaq mümkün deyil". Bu sözləri Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Zarui Postancyan deyib.

***

Azərbaycanlı alimlərdən dünyanı dəyişəcək ixtira – VİDEO

Alimlərimiz yeni ixtiraya imza atıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor və aspirantları dəniz suyundan yanacaq qazı alan qurğu icad ediblər.

***

`Qarabağ Azərbaycanındır` - İrandan ermənilərə ağır zərbə

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşüb.

***

Sarkisyan `neqodnı`ları Qarabağa göndərir

Ermənistanın Müdafiə Nazirliyi orduya yararsız gəncləri məcburi qaydada hərbi xidmətə cəlb edir. Xəstə və yararsız gənclər daha çox Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilir.



`Ciddi strateji mövqeləri itirmişik` - `DQR parlamenti`

“Təmas xəttində mövqelərin itirilməsi qarşı tərəfin (Azərbaycan nəzərdə tutulur-red) Talış kəndinin 70 faizinə nəzarət etməsi deməkdir”. Bunu qondarma “Dağlıq Qarabağ Respublikası” nın “parlamentinin” “Milli Dirçəliş” fraksiyasının rəhbəri Ayk Xanumyan Ermənistan prezidenti Serj Sarkisyanın “itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini şərh edərkən deyib

***

Ermənistan sərhədlərinə kameralar quraşdırır

Ermənistanın “Astromaps” şirkəti ölkə sərhədlərini daimi izləməyi bacaran cihaz hazırlayıb.

***

`Ermənistan məhv olacaq` - Erməni rəssamdan şok sözlər

“Aprel döyüşlərindən sonra bəlli oldu ki, erməni xalqımız olsa da, Ermənistan hökuməti yoxdur. Deyə bilərəm ki, əsgərimiz var, ordumuz yoxdur”. Bunu Ermənistanın xalq rəssamı Nikol Aqababyan deyib.

***

Metsamor: Qafqazın Çernobılı - KARİKATURA

Ermənistandakı “Metsamor” AES-nin istismar müddəti başa çatsa da Sarkisyan rejimi onun bağlanması üçün tədbir görmək fikrində deyil.

***

Türkiyənin yeni nazirləri - SİYAHI (FOTO)

Türkiyənin yeni baş naziri Binəli Yıldırım yeni hökumətin siyahısını təsdiq edilməsi üçün Rəcəb Tayyib Ərdoğana təqdim edib.

***

Gürcüstanın deputatlarından İrəvana xəbərdarlıq: Metsamor dərhal bağlanmalıdır!

`Metsamor` Atom Elektrik Stansiyası region ölkələrini ciddi narahat etməyə başlayıb. Sözügedən stansiyadan çıxarılan nüvə tullantılarının terror təşkilatlarına satılması faktı qonşu Gürcüstanda təşvişə səbəb olub.



Nazirin bacısı bazarda satıcı işləyir - VİDEO

Türkiyənin yeni elm, sənaye və texnologiya naziri Faruk Ozlünün bacısının bazarda işlədiyi məlum olub.

***

`Putin NATO`su Ermənistanda təlimlərə başladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanda təlimə başlayır.

***

`İyunda prezidentlərlə görüşə ümid edirik` - Uorlik

Həmsədrlərin regiona təcili səfər etməklə bağlı planları yoxdur. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

***

Metsamor AES təhlükəli vəziyyətdədir

Metsamor AES təhlükəli vəziyyətdədir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

***

`Mərkəzi Bank manata təsir göstərmir`- Elman Rüstəmov

Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır. Bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

***

Rəsmi Bakı Qarabağ şərtini açıqladı


Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas hissəsi status-kvonun dəyişilməsindən ibarətdir. Bunu Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bəyan edib.

***

Türkiyənin yeni baş naziri Rusiya ilə barışmaq istəyir

Türkiyənin yeni Baş naziri Binəli Yıldırım ölkə parlamenti qarşısında hökümətin xarici siyəsət proqramını açıqlayıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti