Əmanətlərin 77 faizi özəl banklarda yerləşdirilib

Əmanətlərin 77 faizi özəl banklarda yerləşdirilib
  21 May 2016    Oxunub:1471
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artaraq 7888,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əmanətlərin 80,8 faizi xarici, 19,2 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 77 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti