`Günəşli`də bərpa işləri sürətləndirilib
Birliyin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi heyəti əvvəlcə ötən ilin dekabrında baş vermiş təbii fəlakət zamanı "Günəşli" yatağında qəzaya uğramış 10 saylı dərin dəniz özülünə gəlib, burada qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən işlərlə tanış olub.
Bildirilib ki, özüldə işlər sürətlə davam etdirilir, sahildə yığılmış 2 ədəd modulun və HAK tipli 2 ədəd qaldırıcı kranın yaxın vaxtlarda quraşdırılması, özülün bütün sahələri üzrə cizgilərinin tamamlanması nəzərdə tutulur. Aparılan təmir-bərpa işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılmasının vacibliyi vurğulanıb, konkret tapşırıq və tövsiyələr verilib.
AzVision.az