`Büdcəyə yenidən baxılmayacaq` - Nazirdən açıqlama

`Büdcəyə yenidən baxılmayacaq` - Nazirdən açıqlama
  20 May 2016    Oxunub:2269
“Dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac görümürük”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, qənaətcil şəkildə büdcə siyasətini həyata keçirməliyik: “Keçən ilin təcrübəsi, valyuta bazarında olan təlatümlər, məzənnəyə təzyiqlər, Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin enməsi hökuməti vadar edir ki, dövlət maliyyə qurumlarında kifayət qədər valyuta ehtiyatları toplansın. Dövlət Neft Fondu da bu daxıllardan biridir. Bunları nəzərə alaraq çox qənaətcil şəkildə büdcə siyasətini həyata keçirməliyik. Son 3 ildə büdcə yığcamlaşdırması siyasəti edirik. İldən-ilə Dövlət Neft Fondundan transferi azaldırıq. Bu, siyasətin davamıdır”.

S.Şərifov bir sıra nazirliklərin regional idarələrinin formalaşdırılması ilə bağlı məsələyə də münasibət bildirib: “Nazirliyin əsasnaməsində prinsip etibarilə regional idarələrin yaradılması öz əksini tapır. Amma hələ ki, biz buna əl atmamşıq. Müəyyən institusional təkmilləşmə işləri Maliyyə Nazirliyində aparılır. Əvvəllər bizim hər rayononun maliyyə idarəsi nəzdində Maliyyə-təftiş şöbəsi fəaliyyət göstərirdi.

Onlar yerlərdə təftişlərlə məşğul olurdu. Sonra biz o təftişləri maliyyə idarəsindən kənarlaşdırdıq və regional maliyyə təftiş idarələri yaratdıq. Hesab edirəm ki, bu daha səmərəli yanaşma idi. Eyni zamanda həmin səpkidə səyyar xidmətinin regional bölmələri də fəaliyyət göstərir. Hazırda bizim regional təmsilçimiz bu səviyyədə təşkil olunub”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti