`Borcların ödənişinə nəzarət gücləndirilməlidir`

`Borcların ödənişinə nəzarət gücləndirilməlidir`
  20 May 2016    Oxunub:2334
“Ötən il dünya bazarında enerji resurslarının qiymətinin aşağı düşməsi tədiyyə balansında kəsirə səbəb olub və əvvəlki illərlə müqayisədə orta illik inflyasiya səviyyəsinin artmasına gətirib çıxarıb”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2015-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə müzakirə zamanı deyib.

Sədr qeyd edib ki, düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər tam reallaşdırılıb:

“Məxfi xərclər istisna olmaqla, kassa xərclərində 300 milyon debitor borc yaranıb. Əvvəlki illərlə müqayisədə debitor borclarının həcmi azalıb. Lakin Hesablama Palatasının apardığı audit tədbirləri göstərir ki, debitor borcların ödənişinə nəzarəti gücləndirmək lazımdır.

Kəsirin yuxarı həddi nəzərdə tutulandan 6 dəfə qədər az olub və 286 mln. manat təşkil edib. Özəlləşmədən daxilomalar nəzərdə tutulan vəsaitdən 17% az icra olunub. Özəlləşdirmədə proqnoz göstəricilərin yerinə yetirilməməsi özəlləşdirilmiş müsəsisə və obyektlərin satışından az gəlirlərlə əlaqədar olub.

Bundan əlavə, satınalmalar üzrə 6930 müsabiqə təşkil edilib ki, bu, 2014-cü ilə nisbətən 16,5% azdır. Başqa sözlə, dövlət satınalmaları ilə bağlı bəzi nöqsanlar var".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti