Daha bir kibercinayətkar həbs edildi
Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə edərək internet vasitəsilə onlayn bank əməliyyatları aparan vətəndaşların ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.
Daha sonra İ.Məmmədzadə həmin şəxslərin hesablarında olan pulları qeyd olunan onlayn ödəniş saytları vasitəsilə bu məqsəd üçün yaratdığı hesablara köçürərək nağdlaşdırıb.
İ.Məmmədzadənin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Respublikanın daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 30-a yaxın vətəndaşın bank kartlarından xüsusi kiberproqramlar vasitəsilə külli miqdarda pul vəsaitlərini ode.az, hesab.az, apus.com, e-pul.az, gpen.com və sair ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Göygöl rayon sakini İbrahim Məmmədzadə tutulub.

Teqlər: