Azərbaycanda özəl kredit büroları yaradılacaq
Görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin gedişatı ətrafında müzakirələr aparılıb. Həmçinin qeyd edilb ki, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması layihəsi üzrə texniki dəstəyin müddəti bu ilin oktyabr ayına qədər uzadılıb.
Dünya Bankı ilə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının çox səmərəli və işgüzar əlaqələr qurulduğunu bildirən Rüfət Aslanlı özəl kredit bürolarının yaradılmasında maraqlı olduqlarını və gələcəkdə bu bürolarda toplanacaq məlumatların bank sektorunun səmərəli tənzimlənməsinin həyata keçirilməsində dəstək olacağını qeyd edib.
Görüşdə həmçinin “Azerpoçt” tərəfindən maliyyə xidmətlərinin göstərilməsi layihəsinin gedişatı və MBNP ilə DB arasında sığorta sektorunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Gültəkin Ələsgər
AzVision.az
Teqlər: